Messi 8-ci dəfə "Qızıl top"u qazandı - FOTOLAR

10:00 31 Oktyabr 2023

“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə "Qızıl top"u əldə edib.

Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib.

Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib. Həmçinin forvard ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 32 oyun keçirib, 16 qol vurub və 16 qolun ötürməsini verib. Bundan əlavə, o, Çempionlar Liqasında 7 matçda 4 qol vurub və 4 qolun ötürməsini edib.

Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı. 



Xəbər xətti