"Ayaks" yeni baş məşqçisini məlum oldu

16:25 30 Oktyabr 2023

Niderlandın "Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Amsterdam təmsilçisini Con vant Sxip çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Ayaks" ölkə çempionatında 10 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 


Xəbər xətti