“Marsel” – “Lion” matçı ləğv edildi

10:57 30 Oktyabr 2023

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.

Sportarena.az xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub. Matçın hansı tarixdə keçiriləcəyi qarşıdakı günlərdə bəlli olacaq. 

Qeyd edək ki, “Marsel” azarkeşlərinin hücumu nəticəsində “Lion”un baş məşqçisi Fabio Qrosso xəsarət alıb.  


Xəbər xətti