Futbolçu huşunu itirdi, oyun yarımçıq dayandı

10:43 30 Oktyabr 2023

Niderland çempionatının 10-cu turunda keçirilən “AZ Alkmaar” – “Neymegen” matçı yarımçıq dayandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb qonaq komandanın hücumçusu Bas Dostun oyun zamanı halının pisləşməsi olub. O, xəstəxanaya çatdırılıb və hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.   


Xəbər xətti