İngiltərə çempionatı: "Liverpul" 3 cavabsız qolla qalib gəldi

21:17 29 Oktyabr 2023

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, bu gün "Liverpul" öz meydanında "Nottingem"lə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Mersisayd klubunun qollarını Dieqo Jota (31), Darvin Nunes, (35) və Məhəmməd Salah (77) vurub.

Bu nəticədən sonra "Liverpul" 23 xalla 3-cü, "Nottingem" 10 xalla 16-cı pillədə qərarlaşıb.  


Xəbər xətti