“Qarabağ” “Turan Tovuz”la heç-heçə etdi, “Səbail” “Neftçi”yə uduzdu - YENİLƏNİB

22:20 20 Oktyabr 2023

Azərbaycan Premyer Liqasında 2-ci dövrənin ilk turuna start verilir.

Sportarena.az xəbər verir ki, ilk oyun  günündə iki qarşılaşma baş tutacaq. Günün ilk görüşü Tovuzda baş tutacaq. Burada "Turan Tovuz" son çempion "Qarabağ"ı qəbul edəcək. Matç saat 18:30-da başlayacaq.

Günün ikinci oyununda isə "Səbail" öz meydanında "Neftçi"ni qonaq edəcək. Bu oyunun start fiti saat 20:30-da səslənəcək.

Azərbaycan Premyer Liqası

20 oktyabr (cümə)

“Turan Tovuz” – “Qarabağ” 2:2
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tovuz şəhər stadionu, 18:30

“Səbail” – “Neftçi” 2:4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 20:30 


Xəbər xətti