Ronaldonun oğlu “Ən-Nəsr”lə müqavilə imzaladı

11:11 20 Oktyabr 2023

Səudiyyə Ərəbistanının “Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu Ronaldo “Əl-Nəsr” Akademiyasına daxil olub.

Sportarena.az xəbər verir ki, 13 yaşlı Ronaldo klubun U13 və U15 komandalarına daxil edilib. O, atası kimi 7 nömrə geyinəcək.

Portuqaliya millisinin forvardının oğlunun oktyabrın 20-də “Əl-Nəsr”in U13 komandası ilə ilk oyununu keçirəcəyi gözlənilir.

Qeyd edək ki, kiçik Ronaldo futbol karyerasına İspaniyanın “Pozuelo” klubunda başlayıb və burada iki il ərzində 55 qol vurub. Daha sonra atası ilə birlikdə Turin “Yuventus”una keçib. Orada 28 oyunda 58 qol vurub, 18 məhsuldar ötürmə edib. Yeniyetmənin son klubu İngiltərənin “Mançester Yunayted”i olub. 


Digər xəbərlər

Xəbər xətti