Klublar Komitəsinə yeni sədr seçildi

20:32 19 Oktyabr 2023

AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib. İclasda digər məsələlər müzakirə olunub. 


Xəbər xətti