"Səbail"in futbolçusu Türkiyədə əməliyyat olundu

17:01 18 Oktyabr 2023

"Səbail"in futbolçusu Cabir Əmirli əməliyyat olunub.

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ayaq nahiyəsindən Türkiyədə əməliyyat olunub.

Qeyd edək ki, C.Əmirli 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb. 


Xəbər xətti