Lionel Messi tarixi rekorda imza atıb

11:52 18 Oktyabr 2023

Lionel Messi dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələlərində qol rekorduna imza atıb.

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu Argentina millisinin Perunu 2:0 hesabı ilə məğlub etdiyi görüşdə bunu bacarıb.

Qarşılaşmada dubl müəllifi olan Leo mundialın seçmə mərhələlərində ümumi qol sayını 31-ə çatdırıb və uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin aktivinə 29 qol yazdırıb.

Messi bütün dünyada isə seçmə mərhələlərin 4-cü bombardiridi. Bu baxımdan rekordçu 39 qola malik qvatemalalı Karlos Ruizdi. Portuqaliyalı Kriştiano Ronaldo 38, iranlı Əli Daei isə 35 qolla yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti