Kristof Qaltyenin oğlu saxlanıldı

11:23 18 Oktyabr 2023

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qaltye hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, o, qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olma ittihamı ilə nəzarətə götürülüb.

Hazırda onun evində axtarışlar aparılır. Özü isə polis idarəsindədir.

Qeyd edək ki, Kristof Qaltye Qətərin “Əl-Duhail” komandasının baş məşqçisidir.  


Xəbər xətti