“Azərreyl” qələbə ilə başladı

00:37 18 Oktyabr 2023

Ölkəmizi Çelenc kubokunda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün ilk görüşünü keçirib. 1/32 finalda komandamızın rəqibi Ukraynanın "Balta" klubu olub. 

Sportarena.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada qızlarımız qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olublar. 

Çelenc kuboku
 1/32 final (1-ci oyun)
"Azərreyl"- "Balta" 3:0 (25:18, 25:18, 25:18)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti