"Neftçi" - "Qarabağ" matçında rekord qeydə alındı

13:08 9 Oktyabr 2023

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, IX turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord IX turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib. 


Xəbər xətti