Ayxan Abbasovun 50-ci oyunu

11:00 9 Oktyabr 2023

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının IX turuna təsadüf edib. Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub. 


Digər xəbərlər

Xəbər xətti