“Qarabağ”ın futbolçusu ilə bağlı rəsmi açıqlama - VİDEO

09:54 9 Oktyabr 2023

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev “Neftçi” ilə matçdan sonra polis şöbəsinə dəvət edilib.

Sportarena.az xəbər verir ki, buna səbəb onun azarkeşlə arasında yaranan mübahisə olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlamaqda şübhəli bilinən stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.

Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir. 

 


Xəbər xətti