ÇL-də həftənin ən yaxşısı seçildi

19:05 6 Oktyabr 2023

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportarena.az xəbər verir ki, bu, "Atletiko"nun hücumçusu Alvaro Morata olub. O, "Real"dan Cud Bellinqem, "Braqa"dan Bruma və "Mançester Yunayted"dən Rasmus Hoylundu qabaqlayıb. 

Qalib UEFA-nın rəsmi saytında futbolsevərlər arasında keçirilən səsvermədə müəyyənləşib. 

Qeyd edək ki, Morata qrup mərhələsinin 2-ci turunda "Feyenoord"la görüşdə dubla imza atıb. 


Xəbər xətti