"Mançester Yunayted" 37 ildən sonra antirekordunu təkrarlayıb

11:13 4 Oktyabr 2023

İngiltərənin "Mançester Yunayted" klubu 37 ildən sonra antirekordunu təkrarlayıb.

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" 1986-cı ildən bəri ilk dəfə mövsümün açılışında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşib.

Komanda son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Türkiyə çempionu "Qalatasaray"a uduzub - 2:3.

Mançester təmsilçisi bu görüşə qədər 5 dəfə yenilib. 


Xəbər xətti