Ronaldo yenə ən yaxşı seçildi

22:30 3 Oktyabr 2023

Səudiyyə Ərəbistanı çempionatında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportarena.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Əl Nəssr"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Qeyd edək ki, Kriştiano Ronaldo ölkə çempionatında sentyabr ayı ərzində meydana çıxdığı 4 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti