Lionel Messi MLS-dəki növbəti oyunu buraxacaq

12:31 2 Oktyabr 2023

ABŞ-ın “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu oktyabrın 5-də MLS-dəki növbəti oyunu da buraxacaq.

Argentinalı forvardın oktyabrın 8-də “Çinçinnati” ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son üç oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”ya uduzduqları matçı buraxıb. 


Digər xəbərlər

Xəbər xətti