Ronaldo qol vurdu, "Əl-Nəsr" qalib gəldi

23:27 29 Sentyabr 2023

Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Kristiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" növbəti görüşünə çıxıb. Komanda səfərdə "Əl-Tay” ilə qarşılaşıb. Qonaqlar dueldən qalib ayrılıb – 2:1. Ronaldo bu qarşılaşmada 1 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda 8 görüşdən sonra 16 xal toplayıb. “Əl-Tai” yeddi xalla 12-cidir.  


Digər xəbərlər

Xəbər xətti