Mbappe PSJ-də qalacaq

16:58 29 Sentyabr 2023

PSJ-nin prezidenti Nasser Al-Xelaifi hücumçuları Kilian Mbappenin növbəti mövsüm də komandada qalacağını bildirib.

Sportarena.az xəbər verir ki, Fransa klubunun rəhbəri milli komandanın üzvü barədə müsbət fikirlər səsləndirib:

“Kilian PSJ-nin oyunçusudu. Ona sahib olduğumuz üçün xoşbəxtik və gələn mövsüm də komandamızda çıxış edəcək. O, bu klubu sevir və fantastik futbolçudur. Mbappe dünyanın ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, Kilian Mbappe bir müddət əvvəl PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Forvardın xidmətində “Real” maraqlıdı. Onun hazırkı müqaviləsi mövsümün sonuna qədərdi. 


Xəbər xətti