Sampaoli "Flamenqo"dan getdi

14:41 29 Sentyabr 2023

“Flamenqo” baş məşqçisi Xorxe Sampaoli ilə vidalaşıb.

Sportarena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, argentinalı mütəxəssisin köməkçiləri ilə də yollar ayrılıb. 

Qeyd edək ki, 63 yaşlı Sampaoli bu ildən "Flamenqo"nu çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 39 oyunun 20-ni qələbə, 11-ni heç-heçə, 8-ni isə məğlubiyyətlə başa vurub. 


Digər xəbərlər

Xəbər xətti