Messi nə zaman qayıdacaq?

16:31 28 Sentyabr 2023

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın kapitanı Lionel Messinin durumuna aydınlıq gətirib.

Sportarena.az xəbər verir ki, argetinalı mütəxəssis ulduz futbolçunun sağalma prosesindən danışıb.

O bildirib ki, indiki durumda Messini oynatmaqla onu riskə atmış olarlar: “O, mütləq liqanın sonuna qədər oynayacaq. Bu gündən etibarən vəziyyəti izləyəcəyik. Tibb şöbəsi onun risksiz nə vaxt oynamağa hazır olduğunu deyəcək”.

Qeyd edək ki, Lionel Messi Açıq ABŞ Kubokunun final oyununu buraxmışdı. Argentina millisinin üzvü 12 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib. 


Digər xəbərlər

Xəbər xətti