Messinin klubu finalda uduzdu

12:02 28 Sentyabr 2023

Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” ABŞ Açıq Kubokunun final oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, komanda “Hyuston Dinamo” ilə qarşılaşıb.Florida ştatında baş tutan matçda “Hyuston Dinamo” 2:1 hesablı qələbə qazanaraq, kuboka yiyələnib. “İnter Mayami”nin heyətində Lionel Messi və Jordi Alba iştirak etməyiblər. Onlar zədə səbəbindən finalı buraxıblar.

“İnter Mayami” növbəti görüşünü oktyabrın 1-də keçirəcək. Komanda MLS-də “Nyu York Siti” ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti