AFFA rəsmisi “Beşiktaş”ın matçına təyinat aldı

11:30 28 Sentyabr 2023

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov daha bir təyinat alıb.

Sportarena.az xəbər verir ki, UEFA onu Konfrans Liqası oyununa təyin edib. Belə ki, Məmmədov qrup mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) qarşılaşmasında UEFA Matç direktoru kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 5-də “Beşiktaş Park” stadionunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti