Fatih Terim İtaliya klubunu çalışdıra bilər

10:28 27 Sentyabr 2023

Fatih Terim yenidən İtaliyada çalışa bilər.

Sportarena.az xəbər verir ki, türk mütəxəssisin xidmətində "Fiorentina" maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Florensiya təmsilçisi təcrübəli məşqçi ilə danışıq aparır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl İtaliyada "Fiorentina" və "Milan"a rəhbərlik edib. 70 yaşlı çalışdırıcının son iş yeri "Qalatasaray" olub. O, 2022-ci ilin yanvar ayında "sarı-qırmızılar"dan ayrılıb. 


Xəbər xətti