Səlçuk İnan bu klubun məşqçisi olacaq

09:57 11 Sentyabr 2023

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisini çalışdırmağa əsas namizəd Selçuk İnandır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" 38 yaşlı mütəxəssislə danışıqlara start verib.

"Kayserispor" bir neçə gün öncə Çağdaş Atanla yollarını ayırıb. Selçuk inan isə son olaraq "Kasımpaşa"nın baş məşqçisi olub. 


Xəbər xətti