Höccət Haqverdi milli komandanın düşərgəsini tərk etdi

21:35 10 Sentyabr 2023

"Neftçi"nin futbolçusu Höccat Haqverdi milli komandamızın düşərgəsini tərk edib.

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya - Azərbaycan oyununda qırmızı vərəqə ilə cəzalandırılan Höccət Haqverdi İordaniya millisinə qarşı oyunda iştirak edə bilməyəcəyi üçün milli komandada qalmayıb. 

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti