"Zirə" və "Birbaşa Bakı" ÇL-də 1/4 finala yüksəldi

14:39 8 Sentyabr 2023

Azərbaycanın minifutbol üzrə "Zirə" və "Birbaşa Bakı" komandaları Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

Sportarena.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən turnirdə "Birbaşa Bakı" 1/8 finalda Ukraynanın “Andezit” komandasını 2:1 hesabı ilə üstələyib. 

"Zirə" isə 1/8 finalda Macarıstan təmsilçisi "PFF Szanto"nu 4 cavabsız qolla məğlub edib. Beləliklə, Çempionlar Liqasının son səkkiz iştirakçısı arasında ölkəmiz ilk dəfə olaraq iki komanda ilə təmsil olunacaq.  


Digər xəbərlər

Xəbər xətti