Xese Rodriqesin yeni klubu

19:01 7 Sentyabr 2023

Tanınmış ispaniyalı futbolçu Xese Rodriqesin yeni klubu bəlli olub.

Sportarena.az xəbər verir ki, 30 yaşlı vinger Braziliya təmsilçisi "Koritiba" ilə anlaşıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Xese ilkin sözləşməyə imza atıb. 

Qeyd edək ki, "Real Madrid"lə iki dəfə Çempionlar Liqasının qalibi olan Rodriqes 2016-cı ildə PSJ-yə keçib. Sonrakı illərdə Xese "Las Palmas", "Stok Siti", "Betis", "Sportinq", "Ankaragücü" və "Sampdoriya" kimi komandalarda çıxış edib.  


Digər xəbərlər

Xəbər xətti