"Birbaşa Bakı" Çempionlar Liqasında 1/8 finala yüksəldi

18:14 7 Sentyabr 2023

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan çempionumuz “Birbaşa Bakı” ikinci oyununu keçirib.

Sportarena.az xəbər verir ki, təmsilçisimiz Moldovanın “Volta” kollektivini 4:1 hesabı ilə məğlub edib. "Birbaşa Bakı"nın heyətində Vüsal İsayev, Təmkin Xəlilzadə, Cəfər Cəfərov və Emil Məmmədov fərqlənib.

İlk matçda Yunanıstan çempionu "Maqufana"nı da məğlub edən Azərbaycan komandası bu nəticədən sonra 1/8 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, "Birbaşa Bakı" qrupun son oyununda Albaniyanın "Prestij" klubu ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti