Ronaldo DÇ-2026-da çıxış edəcək?

22:43 6 Sentyabr 2023

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Sportarena.az xəbər verir ki, bu haqda Cabine Desportiva yazıb.

“Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bəzi şeylər baş verdi ki, mənə bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”, - Ronaldo bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir. Futbolçu avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorduna imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Şəbab”a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub. 


Digər xəbərlər

Xəbər xətti