“Parisdə Messi ilə mən cəhənnəmdəki kimi idim” - Neymar

14:32 6 Sentyabr 2023

Braziliyalı futbolçu Neymar argentinalı Lionel Messi ilə birlikdə PSJ-də çıxış etdiyi vaxtları xatırlayıb.

Sportarena.az xəbər verir ki, 31 yaşlı forvard “Globo” telekanalına müsahibəsində Paris təmsilçisində Messiyə qarşı haqsızlıq edildiyini deyib: 

“Messi keçən mövsüm sikkənin hər iki tərəfini gördü. O, Argentina yığması ilə dünya çempionatını qazanaraq cənnətə getdi, Parisdə isə cəhənnəmə keçdi. Parisdə Messi ilə mən cəhənnəmdəki kimi idim.

Biz əsəbiləşirdik, çünki ən yaxşı tərəfimizi göstərmək, çempion olmaq istəyirdik. Ona görə birləşmişdik. Tarix yazmağı planlaşdırırdıq. Təəssüf ki, bacara bilmədik. Fikrimcə, Parisdə Messiyə qarşı haqsızlıq edilib, futbol nöqteyi-nəzərindən o, belə münasibətə layiq deyildi”.

Qeyd edək ki, 31 yaşlı Neymar PSJ-də 6 mövsüm keçirib, 5 dəfə Liqa 1 çempionu olub. O, bu ilin yayında Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə 2 illik müqavilə imzalayıb. Messi isə bu ilin yayında “İnter Mayami”yə keçib.  


Digər xəbərlər

Xəbər xətti