Canni de Byazi: "Seçim imkanımız məhduddur"

14:05 6 Sentyabr 2023

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Belçikaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi fikirlərini bildirib.

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis yığmada inkişafın olduğunu düşünür:

“Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olacaq. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Yaxşı oyunçularımız var. Əsas problem odu ki, seçim imkanımız məhduddu”.

67 yaşlı çalışdırıcı Belçika ilə görüşlə bağlı da danışıb. O, rəqibin çox güclü olduğunu etiraf edib: “Belçikalılara qarşı oyunu çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədi. Onların böyük klublarda çıxış edən tanınmış futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda çıxış edir. Bununla təslim olacağımızı demirəm. Öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti