“Azərreyl” 5 voleybolçu ilə müqaviləni yenilədi

12:31 6 Sentyabr 2023

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 5 oyunçu ilə müqaviləni yeniləyib.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardından əsas heyətin 4 üzvü ilə sözləşmə bağlayıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.

Həmçinin, gənclər komandasının üzvü olan 15 yaşlı hücumçu Aişə Alismanova da yeni mövsümdən əsas heyətdə yer alacaq. 


Digər xəbərlər

Xəbər xətti