"Qarabağ"ın maraqlandığı futbolçu Braziliya klubuna keçdi

12:08 6 Sentyabr 2023

“Qarabağ”ın transfer gündəmində olan Alfredo Morelosun yeni klubu müəyyənləşib.

Sportarena.az xəbər verir ki, kolumbiyalı hücumçu Braziliyaya köçmək qərarına gəlib. 27 yaşlı forvard bundan sonra “Santos”un formasını geyinəcək. Braziliya klubu rəsmi saytı vasitəsilə Morelosla 2 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasına havayı başa gəlib. Çünki son klubu “Reyncers”dən bu yay ayrılaraq azad agent statusu alıb.

Qeyd edək ki, Alfredo Morelos 2017-ci ildən bəri “Reyncers”in formasını geyinib. O, Şotlandiya klubunun heyətində 269 matçda 124 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti