Dadaşov “Hatayspor”da icarə əsasında çıxış edəcək

11:40 6 Sentyabr 2023

"Qrasshopper" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla müqaviləni uzadıb.

Sportarena.az xəbər verir ki, bu barədə İsveçrə klubu məlumat yayıb. 24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsi daha bir il artırılıb. Onun mövsümün sonuna kimi Türkiyənin "Hatayspor" klubunda icarə əsasında çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Superliqada mübarizə aparan “Hatayspor”un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Dəmirəldir.

Renat Dadaşov 2022-ci ildən "Qrasshopper"də çıxış edir. 


Xəbər xətti