“Qaziantep”də istefa

09:00 5 Sentyabr 2023

“Qaziantep”in baş məşqçisi istefa verib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Erdal Güneş Qaziantep təmsilçisi ilə yolları ayırıb. Buna səbəb, klubun Türkiyə Superliqasında 0 xalla sonuncu pillədə qərarlaşmasıdır.

Qeyd edək ki, "Qaziantep" 4-cü turda evdə "Qalatasaray"a uduzub – 3:0. 


Xəbər xətti