Tuncay Şanlı bu komandanı çalışdıracaq

19:31 4 Sentyabr 2023

Türkiyə millisinin sabiq futbolçusu Tuncay Şanlının yeni klubu müəyyənləşib.

Sportarena.az xəbər verir ki, o, Türkiyə 1-ci liqa təmsilçisi “Sakaryaspor”un baş məşqçsi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, istefaya göndərilən Taner Taşkını əvəzləyib.

Qeyd edək ki, “Sakaryaspor” 1-ci liqada 5 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, T.Şanlı 2021/2022 mövsümündə də “Sakaryaspor”u çalışdırıb. 


Xəbər xətti