Musa Qurbanlı oynadı, komandası qələbə qazandı

11:59 4 Sentyabr 2023

İsveç çempionatında 22-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, "Yurqorden" səfərdə "İFK Norrkoepinq"in qonağı olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Millimizin hücumçusu Musa Qurbanlı matça start heyətdə başlayıb. Futbolçu 90+4-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Yurqorden" 40 xalla 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti