Mahir Emreli Xorvatiyada növbəti qolunu vurdu

11:40 4 Sentyabr 2023

Futbol üzrə Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Osiyek"in qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 30-cu dəqiqədə meydana çıxıb. O, komandasının ilk qolunun müəllifi olub.

Xallarını 10-a yüksəldən "Dinamo" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti