Mançini Səudiyyə Ərəbistanı millisini çalışdıracaq - İllik maaşı 20 milyon avro olacaq

16:33 27 Avqust 2023

Səudiyyə Ərəbistanı millisinə baş məşqçi vəzifəsinə Roberto Mançini təyin olunacaq.

Sportarena.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira özünün sosial şəbəkə hesablarında yazıb. 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacaq. 

İtaliyalı məşqçinin maaşı illik 20 milyon avro olacaq.

Avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.


Digər xəbərlər

Xəbər xətti