“Qarabağ” rusiyalı qapıçını heyətinə qatdı

01:51 20 Avqust 2023

"Qarabağ" növbəti transferi həyata keçirib.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Andrey Lunyovla anlaşıb. Azərbaycan çempionu "Bayer"dən ayrıldıqdan sonra klubsuz qalan rusiyalı ilə 1+1 illik müqavilə imzalayıb.

31 yaşlı qapıçı "Torpedo"(Moskva), "Saturn", "Zenit", "Ufa" komandalarında oynayıb. 


Xəbər xətti