UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

10:35 18 Avqust 2023

"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə yenilib. 


Xəbər xətti