Konfrans Liqası: "Sabah" mübarizəni dayandırdı

02:00 18 Avqust 2023

Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Sabah" da növbəti matçına çıxıb.

Masazır təmsilçisi Serbiyada "Partizan"ın qonağı olub. Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, Bakıda baş tutan "Sabah" - "Partizan" görüşü Murad Musayevin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

23:00. “Parizan” (Serbiya) - “Sabah” (Azərbaycan) 2:0 (Penaltilər seriyası 5:4)

Qol: Mateus Saldanya, 31, Bibras Natxo, 58

Baş hakim: Bartoş Frankovski (Polşa)

“Partizan” stadionu, Belqrad

İlk oyun - 0:2 


Xəbər xətti