"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB

22:03 17 Avqust 2023

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün oyununu keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Finlandiyada HİK-in qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk matç "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqası III təsnifat mərhələsinin cavab oyunu

20:00. HİK - "Qarabağ" 1:2

Qol: Santeri Hostikka, 10 - Toral Bayramov, 45+4 (pen), Yassin Benzia, 55

Qırmızı vərəqə: Kuassivi-Benissan, 16

Baş hakim. Villi Delajod (Fransa)

Helsinki. "Bolt Arena"

İlk oyun: 1:2 


Xəbər xətti