HİK - "Qarabağ" oyununa nə qədər bilet satılıb?

14:48 16 Avqust 2023

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyada HİK-in qonağı olacaq.

Sportarena.az xəbər verir ki, qarşılaşma üçün satılan biletlərin sayı bəlli olub. "Bolt Arena"da keçiriləcək matça artıq 5500 bilet satılıb. Stadionun tamaşaçı tutumu 10 000 nəfərdir.

Qeyd edək ki, HİK - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 


Xəbər xətti