Estoniya - Azərbaycan oyununun stadionu bilindi

12:55 16 Avqust 2023

Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti