"Qarabağ" Sloveniyaya gedə biləcəkmi?

10:04 16 Avqust 2023

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportarena.az xəbəri verir ki, "Qalatasaray" evdə "Olimpiya"nı qəbul edib. Görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xatırladaq ki, Sloveniyada keçirilən ilk matçda da  "Sarı-qırmızılılar" inamlı qələbə qazanmışdı - 0:3. 

Beləliklə, iki duelin nəticəsinə əsasən məğlub olan “Olimpiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ”  - HİK  cütünün qalibi olacaq. İlk matç avqustun 24-ü səfərdə “Olimpiya”nın meydanında olacaq. Cavab oyunu isə avqustun 31-də keçiriləcək. 


Xəbər xətti