“Sabah” – “Neftçi” matçının biletləri satışda

21:22 15 Avqust 2023

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” oyununun biletləri artıq satışdadır.

Sportarena.az xəbər verir ki, biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, oyun günü isə həmçinin “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündürr. Biletlərin qiyməti 1 və 2 AZN-dir.

Onlayn bilet almaq üçün: https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk/98780

“Sabah” – “Neftçi” matçı avqustun 20-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. 


Xəbər xətti